Qubada qanunsuz kömür quyusu aşkarlanıb

Qubada qanunsuz kömür quyusu aşkarlanıb
  11 İyul 2023    Oxunub:1135
Qubada qanunsuz kömür quyusu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

Qanunsuz kömür istehsal edənin rayonun Gültəpə kənd sakini Əlövsət Muradov olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.


AzVision.az


Teqlər:



Xəbər lenti