DSX Kadrlar Baş İdarəsinə yeni rəis təyin edildi

   DSX Kadrlar Baş İdarəsinə yeni rəis təyin edildi
  11 İyul 2023    Oxunub:1352
Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.
AzVision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Məmmədov Əyyub Vəli oğlu 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.



Fotoda: General-mayor Ayaz Hüseynov
AzVision.az


Teqlər:



Xəbər lenti