Yolun kənarında 300 qram metamfetamin və heroin gizlətdi

   Yolun kənarında 300 qram metamfetamin və heroin gizlətdi
  11 İyul 2023    Oxunub:1142
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq təcridxanası, DİN-in Baş Cinayət Axtarış İdarəsi və Nərimanov RPİ birgə əməliyyat keçiriblər.
Penitensiar xidmətdən AzVision.az -a verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ceyhun Cəfərzadə tərəfindən Nərimanov rayonu Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti