DSX-nın əsgəri silahdan açılan atəşdən ölüb

   DSX-nın əsgəri silahdan açılan atəşdən ölüb
  11 İyul 2023    Oxunub:1548
İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.
Bu barədə AzVision.az -a DSX-dən bildirilib.

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər: DSX   Atəş  



Xəbər lenti