Kəlbəcərdəki mövqelərimiz atıcı silahlardan atəşə tutulub

   Kəlbəcərdəki mövqelərimiz    atıcı silahlardan atəşə tutulub
  11 İyul 2023    Oxunub:1386
Saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: Atəş   Kəlbəcər  



Xəbər lenti