"Yeni Zelandiyaya kərə yağı ilə bağlı şərt qoyduq" - Qoşqar Təhməzli

   "Yeni Zelandiyaya kərə yağı ilə bağlı şərt qoyduq" -    Qoşqar Təhməzli
  12 İyul 2023    Oxunub:2054
"2022-ci ildə Yeni Zelandiyadan Azərbaycana 6 min 500 ton kərə yağı idxal olunub. Oradakı həmkaralara bildirilib ki, müəssisələrdə bizim audit həyata keçirilib, istehsal olunan yağın beynəlxalq normalara cavab verdiyi təsdiqləndiyi halda idxala icazə veriləcək".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, qarşı tərəfdən ekvivalentlə bağlı müraciət olunub.

"Bu gələcəkdə tətbiq olunacaq, lakin hazırda hər hansı ölkə ilə ekvivalentlik həyata keçirilmir. Azərbaycana yüksək riskli məhsullar idxal edən sahibkarlara bildirmək istəyirik ki, müəssisələrini tez zamanda beynəlxalq normalara uyğunlaşdırsalar, məhsullarının idxalına icazə veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Kərəyağı  



Xəbər lenti