Un zənginləşdiriləcək: Dəmir defisiti və anemiyanın qarşısı alınacaq

      Un zənginləşdiriləcək:    Dəmir defisiti və anemiyanın qarşısı alınacaq
  12 İyul 2023    Oxunub:1359
"Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, qida məhsullarının zənginləşdirilməsinə dair qərar Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

"Bu çərçivədə UNİSEF-lə birlikdə unun zənginləşdirilməsinə dair formul müəyyənləşdirilib. Pilot olaraq bu istiqamətdə şirkətlərlə danışıqlar aparılıb və razılıq əldə olunub. Bununla da əhali arasında dəmir defisiti, anemiyanın qarşısı alınacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Un   AQTA  



Xəbər lenti