Multimonitorinq Planı: Düyünün 25 növü laboratoriyaya göndərildi
O bildirib ki, yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 2 541 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul olunub: "Bu qərarlardan 157-si şərti cərimə, 2 384-ü inzibati qaydada cərimə edilmə barədə olub. Ümumilikdə 2 milyon manatdan çox cərimə tədbiq edilib.
Aparılan nəzarət tədbirləri nəticəsində, ümumilikdə 1 976 ton, 406 min 327 litr və 85 min 394 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsul barədə məhvetmə qərarları qəbul olunub. Eyni zamanda 14 ton yağ və 3 ton 800 kq qənd məhsulunun utilizasiyasına dair qərarlar qəbul edilib. Bundan əlavə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş ciddi pozuntularla bağlı 1339 məhdudlaşdırıcı tədbir tətbiq edilib".
Q.Təhməzli deyib ki, Agentlik tərəfindən qida məhsullarına dair Multimonitorinq Planı hazırlanıb:
"Həmin Planın icrası məqsədilə müxtəlif qida məhsullarından nümunələr götürülüb və müayinə üçün laboratoriyaya təqdim olunub. Nəzarət tədbirləri çərçivəsində müayinə məqsədilə laboratoriyaya təqdim etmək üçün ticarət şəbəkələrində satışa çıxarılan düyü məhsullarından 25 nümunə götürülüb. Bunlardan 4-ü yerli istehsal, 21-i idxal edilən düyü məhsulu olub. Götürülmüş nümunələr bitki geni (mənşəyi), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib".
Aytən Zəhra
AzVision.az
Teqlər: Düyü







Vaxtında, Aydın, Lazımlı!


