"Qida məhsulları çatdıran işçilərin tibbi müayinəsi yoxdur"

   "Qida məhsulları çatdıran işçilərin tibbi müayinəsi yoxdur"
  12 İyul 2023    Oxunub:1588
"Qida müəssisələrində çalışan işçilərin tibbi müayinədən keçməsi vacibdir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, qida fəaliyyəti ilə məşğul olan 24 967 şəxsdən 4104-ü tibbi müayinədən keçməyib.

"Onların sağlamlığı barədə bu və ya digər məlumat yoxdur. Həmin şəxslər istehlakçının səhhətini təhlükə qarşısında qoyur. Qida məhsullarının istehsalı, daşınması, satışı işə məşğul olanlar, istehlakçılara xidmət edən şəxslər tibbi müayinədən keçməlidirlər. Lakin onların heç birinin tibbi müayinədən keçmədiyi məlum olub".

Q.Təhməzli qeyd edib ki, bu sahədə böyük pay qida məhsullarının çatdırılması ilə məşğul olan şirkətlərin payına düşür.

"Onlar təsadüfi şəxsləri işə götürürlər. Bu yolverilməzdi".

Aytən Zəhra
AzVision.az


Teqlər: AQTA  



Xəbər lenti