AQTA məktəb və universitetlərdə yoxlamalar aparıb

AQTA məktəb və universitetlərdə yoxlamalar aparıb
  12 İyul 2023    Oxunub:964
"Cari ilin 6 ayı ərzində 174 ümumi təhsil müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 172 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə əlaqədar nöqsanlar aşkar edilib".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

"Eyni zamanda Agentlik tərəfindən 32 ali təhsil müəssisəsinin qida blokunda yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı 31 müəssisənin 72 qida blokunda qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı nöqsanlar aşkar edilib.

29 müəssisənin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib olunub, 9 müəssisənin qida blokunun fəaliyyəti isə müvəqqəti məhdudlaşdırılıb. Təkrar yoxlamalar zamanı 29 ali təhsil müəssisəsinin 68 qida blokunda nöqsanların tamamilə aradan qaldırıldığı müəyyən edilib. Həmçinin 9 ali təhsil müəssisəsində görülmüş sağlamlaşdırıcı tədbirlər nəticəsində məhdudlaşdırıcı qərar qüvvədən salınıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti