Kafe və restoranlara da ulduz veriləcək

   Kafe və restoranlara da ulduz veriləcək
  12 İyul 2023    Oxunub:1178
"İctimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifləşdirilməsi aparılacaq".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında məlumat verib.

Q.Təhməzli bildirib ki, bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək. AQTA sədri bununla bağlı beynəlxalq təcrübəyə uyğun təlimatın da hazırlanaraq təsdiq edildiyini nəzərə çatdırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti