Ölümü ilə həyat dərsi keçən oğlan

Ölümü ilə  həyat dərsi keçən oğlan
  03 İyun 2014    Oxunub:1172
“Budur, hər şey bitdi. Təəssüf edirəm ki, belə qəfil bitdi. Əgər mənim təcrübəm başqalarına həyatın tez tükənən bir hədiyyə olduğunu anlamağa kömək etsə, xoşbəxt olacağam. Həyat - xoşbəxtlikdir”. Bunlar 19 yaşlı ingilis Stiven Sattonun sosial şəbəkədəki səhifəsində yazdığı son sözləridir.
- Siz yəqin ki, bu ifadəni eşitmisiniz: həyat sizə limon verəndə ondan limonad hazırlamağı bacarın. Bəs həyat sizə müalicəsi olmayan xərçəng verəndə nə etmək lazımdır? – Stiven bu sözləri 4 il əvvəl, ona ilk dəfə bağırsaq xərçəngi diaqnozu qoyulanda `Facebook`səhifəsində yazmışdı. O vaxt onun 15 yaşı var idi.

O zaman Stiven özü üçün ölmədən əvvəl etməli olduğu işlərin siyahısını hazırladı. 46 iş müəyyənləşdi. Məsələn, o istəydirdi ki, paraşütlə tullansın, fili qucaqlasın... Və bunların hamısına nail oldu. Cürbəcür fotoları da buna sübutdur. Hətta Uimbildon stadionunda təbil də çaldı.

Amma ən əsası, ölüm yatağında olan oğlan bir çox xeyriyyə təşkilatlarının edə bilmədiyini bacardı - xilas edilmək şansı olanlara kömək üçün 3 milyon funt sterlinq topadı. İnsanlar Stivenin bloqunu oxumağa başlayanda şəxsən onun özünə kömək təklif edirdilər – kimi onu ekzotik ölkəyə göndərmək istəyir, kimi də müalicə xərclərini ödəməyi təklif edirdi.

Amma Stiven xərçəngdən əziyyət çəkən gənclər üçün Fonda pul yığmaq istədiyini, şəxsən özünə heç nəyin lazım olmadığını yazdı: “Mənə artıq heç nə kömək etməyəcək, amma siz ehtiyacı olanlara yardım göstərə bilərsiz”.

…Gözlənilməz bir şey baş verdi: Dünyanın müxtəlif nöqtələrindən gecə-gündüz onlarla, minlərlə funtsterlinqlər, dollarlar, yenalar, avrolar gəlməyə başladı. Bir müddət sonra bu aksiyaya britaniyalı məşhurlar da qoşuldu. Bir neçə gündə 3 milyon funt-sterlinq yığıldı.

Xərçəngdən əziyyət çəkən gənclərlə yardım fondunun rəhbərlərindən biri deyib ki, Stiven onların il ərzində topladıqları pulu 1 həftəyə yığıb.

Bir neçə gün sonra Stiven vida sətrlərini yazdı. Və əlavə etdi: “Vaxtım çatan qədər mən bu xəstəliklə mübarizə aparacağam. Ölənə qədər həyatımın hər saniyəsindən zövq alacağam”.

Stiven artıq “Britaniyanı oyadan oğlan” adını alıb və məşhur rejissorlar onun həyatını ekranlaşdırmaq barədə düşünürlər.

Stivenin ölməzdən qabaq etmək istədiyi və etdiyi 46 işdən 10-nu təqdim edirik:

- Kitab yazmaq
- Xərçəng haqqında yumoristik hekayələr qələmə almaq. Bu yolla o, insanlara xəstliklərinə fərqli prizmadan yanaşmağa kömək etmək istəyirdi.
- Xeyriyyə konserti təşkil etmək
- Fleşmob keçirmək
- Braziliyadakı karnavala qatılmaq
- Hansısa ölkəyə təyyarənin birinci sinif oturacağında uçmaq
- Ginnesin rekordlar kitabına düşmək
- Jonqlyorluğu öyrənmək
- Portret çəkməyi öyrənmək
- Dostlarım üçün böyük yığıncaq təşkil etmək…

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti