"İdman kanalları enerji içkilərini təbliğ edir" - AQTA sədri

   "İdman kanalları enerji içkilərini təbliğ edir" -    AQTA sədri
  12 İyul 2023    Oxunub:1410
"Bu gün televiziya kanallarında yayımlanan idman verilişlərində enerji içkiləri reklam olunur. Bu, yolverilməzdir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, enerji içkilərinin idman verilişlərində təbliği qanunla da qadağandır.

"Siqaret və alkoqollu içkiləri reklam etmək mümkün olmadığı kimi, enerji içkilərinin də reklamı qadağandır. Bu cür faktlar insan sağlamlığı üçün təhlükəli məhsulların reklamına gətirib çıxardır. Dietalogiya sahəsində çalışan şəxslər qeyri-sağlam qidalanmanı KİV vasitəsilə və ya şəxsi səhifələrində paylaşırlar. Biz qərara aldıq ki, sağlam qidalanmanı təbliğ edərək elmi əsası olan materialları insanlara təqdim edək. Təəssüf edirik ki, əhali, xüsusilə böyüməkdə olan balacalar sağlam olmayan məhsullarla qidalanır. Bu, müxtəlif rəngləşdirilmiş, dad verən, şəkərli qida məhsullarıdır. Hər kəs ailə üzvünün sağlam qidalanmasına diqqət yetirməlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər: AQTA  



Xəbər lenti