Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq

   Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq
  12 İyul 2023    Oxunub:1742
"Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə geniş işlər həyata keçirilir. Orada əvvəl qida təhlükəsizliyi sisteminə bir neçə qurum nəzarət edirdi, indi isə instisional islahatlar aparılır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransı deyib.

Onun sözlərinə görə, Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür.

"Qanunvericilik məsələləri öz həllini tapandan sonra orada nəzarət orqanının hansı formada olacağı, bundan sonra qida təhlükəsizliyinə nəzarət sisteminin necə olacağı barədə məsələ həllini tapmış olacaq. Elə nəzarət sahələri var ki, bu, Naxçıvanda tək qida təhlükəsizliyi sistemində deyil, eləcə də respublika üzrə tədbiq olunacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti