Tovuz döyüşləri: DSX yeni videogörüntülər yaydı

      Tovuz döyüşləri:    DSX yeni videogörüntülər yaydı
  12 İyul 2023    Oxunub:1902
Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni videogörüntülərini yayıb.
Görüntülərdə gecə və gündüz döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına, silah-sursat anbarına, dayaq məntəqəsi və avtomobilinə “Harop” pilotsuz uçuş aparatından dəqiq zərbələr endirildiyi nümayiş etdirilib.



DSX hərbçiləri PUA-larla düşmənin 290 hədəfini məhv edib
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti