Nəbatat Bağındakı qanunsuz tikililər sökülüb

   Nəbatat Bağındakı qanunsuz tikililər sökülüb
  12 İyul 2023    Oxunub:930
Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb.
Bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verərkən bildirib.

Qeyd edilib ki, vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir.

Layihəyə əsasən bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.

AzVision.az


Teqlər:



Xəbər lenti