"İsraillə tərəfdaşlıq regionda təhlükəsizliyin təminində mühüm rol oynayır"

      "İsraillə tərəfdaşlıq regionda təhlükəsizliyin təminində mühüm rol oynayır"
  13 İyul 2023    Oxunub:1007
"Azərbaycan və İsrail arasında tərəfdaşlıq yüksək səviyyədədir".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov israilli həmkarı Yoav Qallantla görüşdə bildirib. Nazir, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Zakir Həsənov israilli həmkarı ilə görüşüb
Qeyd edək ki, İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfəri başlayıb. Səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.

Görüşlər zamanı israilli nazirin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti