Kanalda batan qızın axtarışı davam edir - VİDEO

Kanalda batan qızın axtarışı davam edir -   VİDEO
  13 İyul 2023    Oxunub:1272
İyulun 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 1993-cü il təvəllüdlü Qurbanova Sahilə Novruz qızının axtarışlarına başlayıblar.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.




AzVision.az


Teqlər:



Xəbər lenti