Komissiya üzvləri Söyüdlüyə bir daha səfər edəcəklər

   Komissiya üzvləri Söyüdlüyə bir daha səfər edəcəklər
  13 İyul 2023    Oxunub:882
Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib.
AzVision.az xəbər verir ki, Ə.Əsədov bu barədə Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında bildirib.

Baş nazir, həmçinin kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti