"ETSN-in Söyüdlüdə monitorinq aparmaması ciddi nöqsandır" - Baş nazir

   "ETSN-in Söyüdlüdə monitorinq aparmaması ciddi nöqsandır" -    Baş nazir
  13 İyul 2023    Oxunub:998
Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında bildirilib.

İclasda, həmçinin Nazirliyin öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirmədiyi qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti