Sədərək istiqamətindəki mövqelərimiz atəşə tutuldu

   Sədərək istiqamətindəki mövqelərimiz atəşə tutuldu
  14 İyul 2023    Oxunub:692
İyulun 13-ü saat 22:35-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən bölmələrinin mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələrindən atıcı silahlardan atəşə tutulub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyulun 14-ü saat 01:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə üzbəüz mövqelərdən atəş açıb.

Qeyd olunan istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti