Salyanda fəhləni "tok" vurub öldürdü - YENİLƏNİB

 Salyanda fəhləni "tok" vurub öldürdü -  YENİLƏNİB
  14 İyul 2023    Oxunub:1224
Salyanda fəhləni elektrik vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Salyan Elektrik Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

***

Salyanda fəhlə cərəyan vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, iyulun 14-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Cərəyan  



Xəbər lenti