İyulun pensiya ödənişləri yekunlaşıb

   İyulun pensiya ödənişləri yekunlaşıb
  14 İyul 2023    Oxunub:1117
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, iyulun 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti