Sabah yağış yağacaq, şimşək çaxacaq
Ətraflı
Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə isə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-28° isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


