Bu il Bakıda 8 552 cinayət hadisəsi qeydə alınıb

   Bu il Bakıda 8 552 cinayət hadisəsi qeydə alınıb
  15 İyul 2023    Oxunub:1138
Bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 552 cinayət hadisəsi qeydə alınıb.
Bu barədə Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, onların 88,5 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti