Ağdamdakı insan sümükləri ilə bağlı araşdırma aparılır

   Ağdamdakı insan sümükləri ilə bağlı araşdırma aparılır
  15 İyul 2023    Oxunub:1128
Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti