Emil Axundov komaya düşdü

Emil Axundov komaya düşdü
  03 İyun 2014    Oxunub:1290
Azərbaycnın əməkdar inşaatçısı, Bakı Baş Tikinti İdarəsinin (“Qlavbakstroy”) keçmiş rəhbəri Emil Axundov komaya düşüb.
Axundovun ailəsi onu xilas etmək üçün maddi dəstəyə ehtiyac duyur.

AzVision.az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında E.Axundovun nəvəsi Səbinə Əbiyeva deyib.

Onun sözlərinə görə, Axundovlar ailəsi yardım üçün Heydər Əliyev Fonduna və Emil Axundovun yaxın dostu, deputat Ziyad Səmədzadəyə müraciət edib.

Məlumata görə, məşhur inşaatçı vaskulit kimi ağır xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik üzündən onun böyrəkləri funksiyasını itirib, mədə-bağırsaq sistemində güclü qanaxma var.

E.Axundov hazırda Türkiyədədir. O, dörd dəfə əməliyyat olunub. Axundov çox bahalı klinikaya yerləşdirilib. Onun xəstəxanaya olan borcları 100 min dollara çatıb. Ailənin bu vəsaiti ödəməyə imkanı çatmır. Ona görə də onu xəstəxanadan çıxara bilmir.


Teqlər:





Xəbər lenti