Lənkəranda dənizdə boğulan iki nəfər xilas edilib
Digər hadisə isə şəhərin “Kiçik bazar” məhəlləsi deyilən ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonundan Lənkərana qonaq gələn 2003-cü il təvəllüdlü Ramin Ramil oğlu Qurbanov dənizdə çimərkən batıb. Ətrafdakıların köməyi ilə onu sudan çıxarmaq mümkün olub.
Hər iki halda sakinlər təcili tibbi yardım xidmətinə məlumat veriblər. İlkin zəruri tədbirlər görüldükdən sonra xilas edilən şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə qızın ciyərlərinə su dolduğu bildirilir. Hər ikisinin vəziyyətləri ağır qiymətləndirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


