Gəncədə itkin düşən yeniyetmə Bakıda tapıldı

   Gəncədə itkin düşən yeniyetmə Bakıda tapıldı
  16 İyul 2023    Oxunub:1386
İyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2009-cu il təvəllüdlü F.Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzVision.az - a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F.Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti