“Taxtakörpü” su anbarında meyit aşkarlanıb

“Taxtakörpü” su anbarında meyit aşkarlanıb
  16 İyul 2023    Oxunub:1040
“Taxtakörpü” su anbarında 1 nəfərin meyiti aşkarlanıb.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti