Yağışlı hava nə vaxta qədər davam edəcək?

   Yağışlı hava nə vaxta qədər davam edəcək?
  17 İyul 2023    Oxunub:1218
“Yağıntılı hava şəraiti iyulun 18-i gündüz saatlarına kimi davam edəcək. Sabahdan yağıntılar tədricən kəsiləcək”.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, iyulun 19-20-də yağmursuz hava şəraiti olacağı gözlənilir, mülayim cənub küləyi əsəcək.

Onun sözlərinə görə, 2012-ci ilin iyul ayının 16-da Bakıya güclü leysan yağıb: “Sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb. İyulun 19-da və 20-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Qeyd edək ki, ötən gün gecə saatlarından ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti