"Krım körpüsünə hücum qərarı ABŞ və Britaniyanındır" - Zaxarova
“Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Bu rejim terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdir. Birləşmiş Ştatlar və Britaniya terrorist dövlət strukturuna rəhbərlik edir”,- diplomat London və Vaşinqtonun hücumda iştirakına işarə edərək yazıb.
Daha əvvəl Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, Krım körpüsündə insident Krasnodar diyarından gələn 145-ci dayaq yaxınlığında baş verib, nəticədə keçid boyu hərəkət dayanıb.
Hadisəyə səbəb partlayışların olduğu ehtimal edilir. İçində Belqorod vilayətindən olan bir ailənin olduğu avtomobilə də ziyan dəyib. Uşaq xəsarət alıb, valideynləri xilas etmək mümkün olmayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


