"Dövlət xəstəxanalarında həkimlər 6 saat çalışır" - İTSDA
O bildirib ki tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir.
L.Lətifova vurğulayıb ki, Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır:
"Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddətinə qənaətbəxşdir.
Sığortaolunanlara tibbi yardımın göstərilməsi ixtisaslaşdırılmış ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear protez cihazı və endoprotezin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq gözləmə müddəti ərzində həyata keçirilir".
L.Lətifova qeyd edib ki, həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


