"Xarici vətəndaşlar müalicə üçün Azərbaycana gəlsin" - İcraçı direktor

   "Xarici vətəndaşlar müalicə üçün Azərbaycana gəlsin" -    İcraçı direktor
  17 İyul 2023    Oxunub:1142
"Tibbi turizmin inkişafı əsas hədəflərdəndir. Çalışırıq ki, həkimlərimiz ölkə daxilində tanındığı kimi, xaricdə də tanınsın".
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O qeyd edib ki, Azərbaycan səhiyyəsində qısa zamanda böyük nailiyyətlər əldə edilib.

"Bakı və regionlardakı tibb müəssələrində kifayət qədər peşəkar həkim və rəhbər personal var. Bizim məqsədimiz vətəndaşlarımızın tibbi xidmət üçün xaricə müraciət etməməsi deyil, xarici vətəndaşların müalicə üçün Azərbaycana gəlməsidir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Həkim  



Xəbər lenti