Bu xəstəliklərin daşıyıcıları ilə bağlı 6 ayın statistikası
O qeyd edib ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb.
"Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. 2023-cü ilin 6 ay ərzində 4839 yeni xəstə qeydiyyata alınıb.
Dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir. Onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: Xəstə







Vaxtında, Aydın, Lazımlı!


