İsmayıllıda ər arvadını bıçaqlayıb öldürdü
Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.
Araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


