Bu avtomobillərin satışı ƏDV-dən azad edildi

  Bu avtomobillərin satışı ƏDV-dən azad edildi
  17 İyul 2023    Oxunub:1173
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

AzVision.az


Teqlər:



Xəbər lenti