Göldən 45 yaşlı kişinin meyiti tapıldı

 Göldən 45 yaşlı kişinin meyiti tapıldı
  17 İyul 2023    Oxunub:868
Göygöl rayonunda göldə kişi meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzVision.az-a bildirib ki,
iyul ayının 17-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun Göygöl rayon ərazisində itkin düşməsi barədə məlumat daxil olub.

Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ. Hümbətovun cəsədi Göygöl rayon ərazisindəki göllərin birində aşkarlanıb.

Hadisə yerinə Prokurorluğun əməkdaşları cəlb olunub. İlkin ehtimala görə mərhum intihar edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti