Sülhməramlıların müşayiəti ilə ermənilər Qarabağda yenə silah daşıyır - VİDEO

   Sülhməramlıların müşayiəti ilə ermənilər Qarabağda yenə silah daşıyır    -    VİDEO
  18 İyul 2023    Oxunub:1192
Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.

Qeyd edək ki, bundan əvvəl də analoji hallar yaşanıb.



AzVision.az



Teqlər:



Xəbər lenti