Xəzərdə yenidən zəlzələ olub

   Xəzərdə yenidən zəlzələ olub
  18 İyul 2023    Oxunub:935
Xəzər dənizində daha bir zəlzələ baş verib.
Bu barədə AzVision.az -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.

Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 63 km olub.

AzVision.az


Teqlər:



Xəbər lenti