Tələbələr Xeyriyyə Cəmiyyəti yaradıb

Tələbələr Xeyriyyə Cəmiyyəti yaradıb
  04 İyun 2014    Oxunub:1370
Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin təsis edilməsi barədə qərar qəbul edilib.
Xeyriyyə Cəmiyyətininin yaradılmasında məqsəd universitet daxilində imkansız tələbələrə köməkliyin göstərilməsi, həmçinin qocalar evi və kimsəsiz uşaqlar evinə, xəstə və yardıma ehtiyacı olanlara könüllü yardımların göstərilməsidir.

Cəmiyyətə üzvlük könüllü xarakter daşıyır və maliyyə məsələlərində tam müstəqildir. Nizamnamə sənədinə əsasən büdcənin formalaşması üzvlərdən toplanan maliyyə vəsaitləri, sponsorlar, könüllü ianələr hesabına həyata keçiriləcək. Təsdiq edilmiş cəmiyyətin büdcə layihəsinin qəbulu qurumun İdarə Heyətinə, təsdiq olunması isə cəmiyyətin sədrinə həvalə edilib.


Teqlər:





Xəbər lenti