Bu il qarşısı alınan erkən nikahların sayı açıqlandı

   Bu il qarşısı alınan erkən nikahların sayı açıqlandı
  19 İyul 2023    Oxunub:917
Cari ilin birinci yarısında 17 erkən nikahın qarşısı alınıb.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.

Belə ki, 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü” keçirilib. Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib.

Bahar Muradova əlavə edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb:

“Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Müraciətlərin 350 məhkəmə qərarlarının icrası, 225 məişət zorakılığı, 129 işlə təmin olunma , 123 müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91 müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi".

AzVision.az



Teqlər:



Xəbər lenti