58 xarici media nümayəndəsi "qara siyahı"dan çıxarılıb

   58 xarici media nümayəndəsi "qara siyahı"dan çıxarılıb
  19 İyul 2023    Oxunub:977
Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin "qara siyahı"dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanat mətnini XİN-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə oxuyub. Bəyanatda 58 nəfərin adının "qara siyahı"dan çıxarıldığı bildirilir.

A.Hacıyev bildirib ki, hər il onlarla şəxs adlarının "qara siyahı"dan çıxarılması üçün Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubu ünvanlayır: "Uyğun olduğu təqdirdə onların adları "qara siyahı"dan çıxarılır".

O qeyd edib ki, adları "qara siyahı"dan çıxarılan jurnalistlər 15-ə yaxın ölkədən olan müxtəlif media orqanlarını təmsil edirlər.

"Onların qarşısında belə tələb qoyulacaq ki, növbəti səfərlərdə Azərbaycanın qanunvericiliyinə riayət etsinlər".

AzVision.az


Teqlər:



Xəbər lenti