DİN və Penitensiar xidmət birgə əməliyyat keçirib

   DİN və Penitensiar xidmət birgə əməliyyat keçirib
  19 İyul 2023    Oxunub:925
Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Penitensiar xidmətdən AzVision.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az





Teqlər:



Xəbər lenti