- Rus kontingenti ərazilərimizə silah, sursat, texnilka, mina daşınmasına və yerləşdirilməsinə mane olmayıb. Əksinə, erməni silahlılarının təminat və təchizatında “üzüyola kuryer” vəzifəsini məmnuniyyətlə yerinə yetiriblər. Bu halda helikopter daşınmalarının Azərbaycanın maraqlarına və şərtlərinə uyğun şəkildə həyata keçiriləcəyinə əmin ola bilmərik,- ekspert vurğulayıb.
Ədalət Verdiyev həmçinin deyib ki, Qarabağda yaşayan və Azərbaycana qarşı fəaliyyətlərə bulaşmayan ermənilər ilə təmaslarımızı genişləndirməli, onların vasitəsilə bizə qarşı yönələn çirkin fəaliyyətlər barədə məlumatlar əldə etməli, qarşısını almaq üçün təsirli addımlar atmalıyıq: “Bu addımlar ən azından həm Xankəndindən erməni silahlılarına daşınmaların qarşısının alınmasını, həm də Xocalı hava limanına nəzarəti ehtiva etməlidir”.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


