Mərkəz 21 iyul 2022-ci il tarixində fəaliyyətə başlayıb.
2 saylı Sumqayıt regional ‘‘ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Mərkəzdə əməkdaşların sayı 192, könüllülərin sayı 45 nəfərdir. "ASAN xidmət" mərkəzinin işçilərinin sayı 36 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Fəaliyyət göstərdiyi 1 il ərzində 440 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325 xidmət həyata keçirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


