Ukrayna ilk dəfə ABŞ-ın verdiyi kaset bombalardan istifadə etdi

   Ukrayna ilk dəfə ABŞ-ın verdiyi kaset bombalardan istifadə etdi
  20 İyul 2023    Oxunub:1096
Ukrayna ordusu döyüşlərdə ABŞ-ın verdiyi kaset sursatlarından istifadə etməyə başlayıb. Bu barədə “The Washington Post” məlumat yayıb.
Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, ordu cəbhənin cənub-şərq sektorunda artıq kaset bombalarından istifadə edir. Artemovsk istiqamətində bu tip mərmilərdən istifadə edilməsi nəzərdə tutulur.

İyulun 7-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə kasetli sursatların ötürülməsinə dair qərar verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti