Daşaltıda kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək

   Daşaltıda kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək
  21 İyul 2023    Oxunub:1231
Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək.
AzVision.az xəbər verir ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.

Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

AzVision.az


Teqlər: Daşaltı  



Xəbər lenti