Prezident: "İlin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”

      Prezident:    "İlin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”
  21 İyul 2023    Oxunub:1272
“Əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin (sülh müqaviləsinin – red.) ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq, gələcəkdə də çətinliklər yaradacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti