Qəbələdə zəlzələ olub

   Qəbələdə zəlzələ olub
  21 İyul 2023    Oxunub:1628
Qəbələdə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildirilib ki, ilkin məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda qeydə alınıb.

Yeraltı təkanlar 3 bala kimi hiss olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti